Dövlət Komitəsinin sədr müavini Komitədə təcrübə keçən tələbələrlə görüşüb

25 aprel 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Komitədə təcrübə keçən tələbələrlə görüşüb. S.Qəhrəmanova tələbələrə Komitənin fəaliyyəti haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb, gələcək fəaliyyətləri ilə bağlı gənclərə tövsiyələrini verib.

Məlumat üçün bildiririk ki, 2022-ci ilin fevral ayından etibarən 14 həftə ərzində   (16 fevral - 25 may) Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universitetinin ümumilikdə 51 nəfər 4-cü kurs tələbəsi Dövlət Komitəsinin müvafiq şöbələrində və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təcrübə keçməyə başlayıblar. Həmin tələbələrdən 37 nəfəri Komitənin müvafiq şöbələrində,  14 nəfəri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təcrübəyə cəlb ediliblər.