“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilib

6 may 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 6 may 2022-ci il tarixdə Qazax Dövlət Sosial-İqtisadi kollecinin tələbələrinin iştirakı ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, insan sağlamlığına müsbət təsir edən amillərdən və ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən söz açıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-mütəxəssisi Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.

50 nəfərin iştirak etdiyi tədbir müzakirələrlə davam edib.