4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür

4 iyun 2022

Paylaş:

Bu gün dünya ictimaiyyəti münaqişələr və terrordan zərər çəkən uşaqların gününü qeyd edir.

Bütün dövlətlər uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına,insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməli,müharibə edən tərəflərin hərbi əməliyyatlar zamanı uşaqlara qarşı törədilən bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır.

Ermənistan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ,44 günlük müharibə dövründə amansız və aqressiv davranışlar özünü daha qabarıq büruzə verdi. Bütün dünya münaqişə zonasından kənarda, Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında mülki əhaliyə qarşı ermənilərin terror hücumlarının yaxından şahidi oldu. Bu terror hadisələri nəticəsində 12 uşağın həyatını itirməsi, 50 uşağın isə xəsarət alması işğalçı Ermənistan Silahlı Qüvvələrinin əsl simasını bir daha ortaya qoydu.