Yay aylarında uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir

12 avqust 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Komitənin Ağdam, Göygöl, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə qazi və şəhid övladları, mərkəzlərin fəaliyyətlərindən bəhrələnən aztəminatlı ailələrdən olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli oyunlar təşkil edilmiş, uşaqlar kulinariya sahəsində bacarıq və istedadlarını nümayiş etdirmişlər

Hər yaş dövründə uşaqların asudə  vaxtlarının məqsədyönlü, planlı, mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Uşaqların asudə vaxtlarının səmərəli təşkili onların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühit yaradır.

Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.