Ucar və Daşkəsən rayonlarında valideynlər üçün görüşlər təşkil olunub

17 aprel 2023

Paylaş:

Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində Ucar və Daşkəsən rayonlarında valideynlər üçün görüşlər təşkil olunub.
 
Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov, Rövşən Nəcəfov, Nərgiz Sədrəddinbəyli və “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, atalıq məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxış edib, iştirakçıları maraqlandıran suallar cavablandırıblar.
Tədbirin sonunda iştirakçıları “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Ailə bir ağacdır” sosial çarxı nümayiş olunub.