Bu gün görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur

28 aprel 2023

Paylaş:

Azərbaycanın dəyərli elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

Araşdırmaları və tədqiqatları ilə oftalmologiya elminə töhfə verən, gənc kadrların yetişdirilməsində əvəzsiz rolu olan alim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.

Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış bu işıqlı insan, ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Zərifə xanım Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik kimi səhiyyə sahəsində silinməz iz buraxıb. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir.

Xalqımızın adını və əməllərini böyük ehtiramla xatırladığı tanınmış elm xadimi, gözəl ana, qayğıkeş həyat yoldaşı kimi yüksək dəyərləndirdiyi Zərifə xanımı ehtiramla anırıq.