Sadə axtarış
| |
 XƏBƏRLƏR
17 May, 2012. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynova BMT-nin Fiziki və əqli xüsusi mümkün olan ən yüksək standartlarından istifadə hüquqi üzrə xüsusi məruzəçisi cənab Anand Qroveri qəbul etmişdir.

   Qonaqlar Azərbaycanda reallaşdırılan dövlət qadın siyasətini, habelə ailə və uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni yüksək qiymətləndirmişlər.


  Oxumaq
15 May, 2012. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may “Beynəlxalq Ailə Günü” qeyd olunmuşdur

     Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 15 may Beynəlxalq Ailə Günü (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə  əsasən) münasibəti ilə may ayının 5-dən 15-dək silsilə tədbirlər  və  15 may tarixində geniş yekun tədbir keçirilir. Bu il isə yekun tədbir İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev adına parkda keçirilmişdir. 


  Oxumaq
11 May, 2012. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məhbus qadınlar üçün tədbir keçirmişdir

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər planına əsasən, bu il də “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 5-dən 15-dək silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 


  Oxumaq
11 May, 2012. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Azərbaycan ailəsi” adlı filmlər festivalının bağlanış mərasimi keçirilmişdir

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə “XXI əsrdə Qadınlara Qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində 2009-cu ildən etibarən, “Azərbaycan ailəsi” filmlər festivalı böyük uğurla  həyata keçirilir.  Yaranmış ənənəyə uyğun olaraq, bu il də 9 mart 2012-ci il tarixində start verilmiş “Azərbaycan ailəsi” filmlər festivalının  bağlanış mərasimi 11 may 2012-ci il tarixində “JW MARRIOTT ABSHERON” otelində  təntənəli  şəkildə keçirilmişdir. 


  Oxumaq
8 May, 2012. Şuşanın işğalının 20 ilinə həsr edilmiş tədbir

8 may 2012-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şuşanın işğalının 20 ilinə həsr edilmiş tədbir keçirmişdir.1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri tərəfindən Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat başlanmışdır. Şəhərin kütləvi şəkildə artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam etmiş, bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum etmişdir. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilmişdir. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralanmış, 480-i həlak olmuş, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.


  Oxumaq
7 May, 2012. “Beynəlxalq Ailə Günü” münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 3 saylı xüsusi İnternat Məktəbin şagirdləri üçün Azərbaycan Dövlət Pantomima Teatrında tamaşa nümayiş olunmuşdur

“Beynəlxalq Ailə Günü” münasibəti ilə may ayının 5-dən 15-dək keçirilən silsilə tədbirlər çərçivəsində mayın 7-də sağlam həyat tərzinə adaptasiya məqsədilə Nizami rayon 3 saylı xüsusi İnternat Məktəbinin şagirdləri üçün Azərbaycan Dövlət Pantomima Teatrında “Pantomima buketi” adlı tamaşa nümayiş olunmuşdur.


  Oxumaq

 SƏSVERMƏ
Hansı mühit uşağın formalaşmasına daha çox təsir göstərir?
Ailə
Məktəb
Cəmiyyət
 
 İNTERAKTİV XƏRİTƏ


 TƏDBİRLƏRİN TƏQVİMİ
«May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

 ELEKTRON XİDMƏTLƏR









© 2012 All rights reserved www.scfwca.gov.az
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Bu vebsayt Avropa Birliyinin maliyyə dəstəyi ilə "Əsma-M" MMC tərəfindən hazırlanmışdır